Xəstəxanada ŞOK OLAY: yüksək vəzifəli şəxs FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

01.09.2022 13:13
3882
Xestexana

Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Ravil Maqanov Moskvada müəmmalı şəkildə vəfat edib.

AZSABAH.COM-un yerli mediaya istinadla məlumatına görə, o, Marşal Timoşenko küçəsində Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən yıxılıb. Onun meyiti tibb işçiləri aşkar edib. Maqanovun 67 yaşı vardı.

Hadisənin səbəbləri araşdırılır. Onun intihar etdiyi də ehtimal olunur.