BU TARİXDƏ Güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!

24.02.2024 12:31
1309
65d9a98f12ad0202402243215

Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.

 Milli Hidrometeorologiya Xidmətindən Azsabah.com-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var