UEFA "Qarabağ"a bu qədər ÖDƏNİŞ ETDİ - ŞOK MƏBLƏĞ

05.04.2024 14:04
1276
660fccd1a60a2202404240505

UEFA “Qarabağ” klubuna 219 min 540 avro ödəniş edib.

 

Azsabah.com xəbər verir ki, ödəniş klubun futbolçularının Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasında çıxış etməsinə görə edilib.

 

Qeyd edək ki, seçmə mərhələlərdə Azərbaycan milisində "Qarabağ" klubundan Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və Musa Qurbanlı forma geyinirdi.