Dəhşətli soyuqlar gəlir - Yağış, leysan, qar...

22.02.2024 15:37
1251
Qar

Milli Hidrometeorologiya Xidməti fevralın 23-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Azsabah.com xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.