Türk ordusu DAŞ ÜSTÜNDƏ DAŞ QOYMADI: hamısı DARMADAĞIN EDİLDİ

20.11.2022 16:02
5385
Teyyare

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı uğurla davam edir.

AZSABAH.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib:

“Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan böyük ölçüdə istifadə edilib. Əməliyyatdan sonra bütün təyyarələr sağ-salamat öz bazalarına qayıdıb. ” - məlumatda qeyd olunub.

Əməliyyat terrorçular tərəfindən Türkiyəyə qarşı hücumların əsas yerləşmələrinin olduğu İraqın şimalında Qəndil, Asos, Hakurk bölgələrində, Suriyanın şimalında isə Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrinə hücumlar üçün baza kimi istifadə edilən bölgələrdə uğurla həyata keçirilib.