Toya basqın - 5 azərbaycanlı tutuldu

31.10.2023 16:33
226
6540f42a4a0fa202310233346

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

AZSABAH.COM musavat.com-a istinadən bildirir ki, bununla bağlı videogörüntülər "Telegram" kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. 

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir. 

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

AZSABAH.COM