TƏCİLİ! Zəlzələ BAŞ VERDİ!

16.12.2023 22:22
784
657deb5533959202312232421
Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.


Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.