TƏCİLİ! Bakıda 21 mərtəbəli bina YANIR- Polislər hadisə yerinə cəlb olundu

19.12.2023 10:16
581
6581359eb83a5202312231806
Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

***

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Bakupost.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür