TƏCİLİ! ABŞ-nin hərbi bazasına hücum edilib

03.12.2023 07:59
418
656bfd6b7cf1c202312230043
ABŞ-nin İraqın Ərbil mühafəzəsindəki (paytaxt Bağdaddan 425 km) hərbi bazası kamikadze dronların hücumuna uğrayıb.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, həmlənin amerikalılar arasında tələfata yol açıb-açmadığını dəqiqləşdirməyib.

Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” hərəkatı götürüb. Onlar daha əvvəl Qəzza zolağında humanitar barışın pozulmasından sonra ABŞ-nin hərbi bazalarına qarşı əməliyyatları bərpa etdiklərini elan etmişdilər.