Sülhməramlılar Qarabağda 20 il qalacaq? - Rusiya ELAN ETDİ

30.10.2022 22:48
6409
Sulhmeramli

"Bu həyatda hər şey ola bilər. Ermənistanın lideri deyibsə, yəqin ki, belə deməyə əsasları olub”.

AZSABAH.COM-un APA-ya istinadən  məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısının müavini qeyd edib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib: "Onun konkret mandatı var - beş il. Hələ 5 il keçməyib", - deyə rusiyalı diplomat əlavə edib.