SON DƏQİQƏ: Ukrayna bu şəhəri GERİ QAYTARDI, RUS KOMANDİRLƏR MƏHV EDİLDİ - FOTO

07.03.2022 09:07
590
photo_96182744

Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.

AZSABAH.COM UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”, - Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.