15 yaşlı İslam Moskvada 100-dən çox insanı belə xilas etdi: “Hamı şoka düşdü” – VİDEO

23.03.2024 23:19
744
65ff2b69ec862202403242009

Rusiyada 15 yaşlı İslam  Moskvada yerləşən “Krokus Siti Holl” ticarət mərkəzinə terror hücumu zamanı 100-dən çox insanı xilas edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

9-cu sinif şagirdi olan İslam adlı yeniyetmə hadisənin baş verdiyi ticarət mərkəzində yarımştat çalışdığını bildirib. O deyib ki, əvvəlcə qəribə səslər eşidib, lakin bunun eskalatorda nasazlıq olmasından qaynaqlandığını düşünüb:

“Sonra səslər şiddətləndi, insanların qaçdığını gördüm. Hər kəs bir qapıdan qaçmağa çalışırdı. Əsas çıxışlar terrorçular tərəfindən tutulmuşdu, buna görə digər çıxışlarda izdiham vardı. Məndə təcili çıxış qapısını açmaq üçün kart vardı, güc-bəla ilə izdihamı yarıb qapıya yaxınlaşdım və onu açdım. Mən o mərkəzdə dəfələrlə çalışdığım üçün giriş-çıxışları yaxşı bilirəm. Qapını açdıqdan sonra 100-dən çox insan küçəyə axışdı. Hamı şoka düşmüşdü, bəziləri ağlayır, bəziləri donub qalıb, nə edəcəyini düşünürdü. Bu zaman onların binadan çıxmasına kömək etdim”.

Xatırladaq ki, baş verən hücum nəticəsində 140-a yaxın şəxsin öldüyü bildirilir.