Həmrəyliyin simvoluna çevrilən Sərvərin qırmızı maşını Türkiyədə sərgilənəcək - FOTO

10.02.2024 19:54
325
65c79c50be6e1202402245456
Ötən il Türkiyədə baş verən dağıdıcı zəlzələdə zərər görənlərə köhnə avtomobili ilə yardım daşıyaraq gündəmə səs salan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək.
Azsabah.com xəbər verir ki, bu barədə Sərvər Türkiyənin “Anadolu Agentliyi”nə müsahibəsində məlumat verib.
O bildirib ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial mediada məşhur olan avtomobili sərgiləmək üçün zəlzələ zamanı xeyli zərər görən Adıyamana  aparmaq istəyib: 
“Bu təklifi qəbul etdim. İstədikləri zaman götürə bilərlər”.