SON DƏQİQƏ: Rus ordusu Kiyevə girdi - DƏHŞƏTLİ DÖYÜŞLƏR GEDİR

24.02.2022 17:40
321
photo_67129783

Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.

AZSABAH.COM axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.

Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.

***

Rusiya silahlı qüvvələrinin hərbi birləşmələri Kiyevə daxil olub.

AZSABAH.COM xəbər verir ki, bu iddia ilə “Frans Press” agentliyi çıxış edib.

Qeyd edək ki, nə Rusiya informasiya agentlikləri, nə də Ukrayna tərəfdən bu barədə hər hansı məlumat yoxdur.