SON DƏQİQƏ: Laçından ACI XƏBƏR GƏLDİ - HƏRBÇİLƏRİMİZ...

22.08.2022 12:21
41448
Partlayis

Laçında 2 hərbçimiz minaya düşüb.

AZSABAH.COM-a bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.