SON DƏQİQƏ! Köhnə Ələt-Astara yolu qan gölünə ÇEVRİLDİ - Ölən və xeyli YARALANANLAR VAR

14.12.2023 21:20
652
657b3981dad9f202312232105
Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM Modern.az-a istinadla xəbər verir ki, Biləsuvar istiqamətindən hərəkət edən “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn “Mitsubishi” markalı maşınla toqquşub.

Çiskinli hava şəraitində baş verən qəzada “VAZ-2107”də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər üç xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.