SON DƏQİQƏ: İran ordusu əmr aldı, dərhal vuracaq, Azərbaycan HƏRƏKƏTƏ KEÇMƏLİ VƏ...

22.03.2023 15:38
6346
qirici

"Bölgəyə Rusiya sülhməramlılarının iştirakı ilə silah-sursat daşınması fonunda həm də İranın çox ciddi hərbi kontekstdə aktivliyi müşayiət olunur. Bu, çox narahatverici bir məqamdır. Çünki açıq şəkildə Azərbaycanı təhdid edirlər".

AZSABAH.COM xəbər verir ki, bu sözləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloqun sözlərinə görə, sərhədlərimizdə qırıcının uçmasından sonra İran ordusunun döyüş hazırlığı səviyyəsinə gətirilməsi, sərhədlərimizə qoşunların çəkilməsi müşayiət olunur:

"Eyni zamanda İran ordusuna hava hüvumundan müdafiə sistemlərinin (HHM sistemləri) də hazır vəziyyətə gətirilməsi barədə əmrin verilməsi regionda gərginliyin artırılmasına hesablanıb. İran daxilində də Azərbaycanı düşmən gözündə görən şəxslərin sayı artmaqdadır. Bu, nəinki ali dini rəhbərlik səviyyəsində, eləcə də siyasilər səviyyəsində özünü göstərir. Bu da təəssüf doğuran bir məqamdır. HHM havada hər hansısa obyekt aşkar edərsə, onu dərhal vurur. Bu baxımdan istisna olunmur ki, İran bilərəkdən Azərbaycan tərəfinə qarşı hər hansısa təxribat həyata keçirə bilər. Nəticədə eskalasiya baş verə bilər. Ona görə də Azərbaycan tərəfi bütün lazımi tədbirləri həyata keçirməli və preventiv şəkildə bütün təxribatların qarşısını almalıdır".

Mənbə: Müsavat.com