SON DƏQİQƏ: ermənilər yenidən HÜCUMA KEÇDİ - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

14.09.2022 10:05
5246
Muharibe

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutur.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.