SON DƏQİQƏ: Belarus ordusu da Ukraynaya HÜCUMA KEÇDİ - MÜHARİBƏ ŞİDDƏTLƏNİR

01.03.2022 14:23
456
photo_87707163

Ukraynanın Çerniqovşina əyalətinə Belarus qoşunları daxil olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti məlumat yayıb.

“Şimal” müdafiə qüvvələrinin komandanı Vitali Kirillov xidmətə bəyan edib ki, Belarus Ukraynaya qarşı işğalçı müharibəyə qoşulub: “Belarus müharibəyə qoşuldu. Çerniqovşinaya Belarus qoşunları daxil oldu”.

İlkin məlumata əsasən, Belarus qoşunları 11-i “Qrad” qurğusu olmaqla 33 hərbi texnikanın müşayiəti ilə Ukrayna ərazisinə hərəkət edir. Bu zaman ərazidə mobil rabitə boğulur...