SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ BAŞ VERDİ

01.09.2022 10:40
2979
Zelzele

Sentyabrın 1-də Siyəzən seysmoloji stansiyasından 21 kilometr şərqdə - Siyəzən rayonunda zəlzələ baş verib.

AZSABAH.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:02-də qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3-ə bərabər olan zəlzələ hiss olunmayıb.