Siyəzəndə qadın pişikləri evinə yığıb YANDIRIR? - RƏSMİ

04.12.2023 20:57
575
656e0514d4342202312235756

Sosial şəbəkələrdə Siyəzən rayonunda Aynur adlı qadının pişikləri toplayaraq öz yaşadığı evdə məhvə məhkum etməsi, onları yandırması və işgəncə verməsinə dair iddia edilən görüntülər yayılıb.

AZSABAH.COM xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, yayılan görüntülərlə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Siyəzən rayonunda Aynur adlı qadının yüzlərlə pişiyi evinin zirzəmisində saxlamasına dair iddialar irəli sürülüb. İddialara görə, qadın himayəsinə götürərək saxladığı pişiklərə işgəncələr verib.