Sevda ilk dəfə qızının üzünü göstərdi

19.12.2023 06:01
380
6580f9c26d3bd202312230242

Müğənni Sevda Yahyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib.

AZSABAH.COM Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ailəvi fotolarını paylaşaraq qızının 1 yaşının tamam olduğunu bildirib. Yahyayeva hisslərini belə ifadə edib:

"Demək qismətdə mənim də övladımı təbrik etmək varmış. Bu gün üçün Allaha sonsuz təşəkkür edirəm. Mən sənlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm Aylam, 1 yaşın mübarək".

Qeyd edək ki, cütlüyün Aida adlı ikinci övladı da dünyaya gələcək.