Şəbnəm adlı 2 müğənninin DAVASI: “Mənə iftira atır, yaşımı artırır”

13.12.2023 22:54
385
6579fe78777f5202312235656

Müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu məhkəməyə verib. 

AZSABAH.COM Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb. 

O bildirib ki, qarşı tərəf onu eyni ad daşıdığına görə məhkəməyə verib: 

“Mənə zəng edib, aqressiv danışır. Dedim ki, əgər dünyasını dəyişmiş bir anaya hörmətiniz varsa... Anam 29 yaşında dünyasını dəyişib, o vaxt körpə olmuşam. O adı mənə anam qoyub. 

Bu xanıma dəfələrlə demişəm ki, məndən nə istəyirsiniz? Deyir ki, adını dəyiş, Şəbtac, Şəbnur qoy. Axı, adımı niyə dəyişməliyəm? Anamın yadigarıdır. Mən adımı sizə görə dəyişən deyiləm”. 

Qalmaqallı məsələ ilə bağlı Şəbnəm Tapdıq deyib ki, məhkəməyə müraciət etməsinin səbəbi adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla bağlıdır: 

“Bu məsələnin isə məhkəmə yolu ilə araşdırılmasını istəyirəm. Şəbnəm Tovuzlu bir çox efirlərdə deyir ki, guya rəhmətlik anası ilə rəfiqə olmuşam. Axı, belə şey olmayıb. Tanımadığın insan haqqında düzgün olmayan fikri demək olmaz.

Efirdə demək ki, Şəbnəm Tapdıq məni məhkəməy verib, kişilikdən deyil. Bilmək istəyirəm ki, görüm, onun əsl adı nədir. Bu, “dostluq” məhkəməsidir. Əgər mən sənin ananla rəfiqə olmuşamsa, gör, yaşımı nə qədər artırırsan... Bu isə mənə qarşı iftiradır!”