Ruhəngiz Allahverdiyeva: “Şişdiyimə görə məni Bülənt Ərsoya oxşadırlar”

12.12.2023 11:30
305
65780c262f56b202312233046

“Məni Türk dünyasının divası Bülənt Ərsoya bənzədirlər. Onun sənəti də mənimkindən böyükdür. Ola bilər ki, biraz şişmişəm, ona görə məni Büləntə oxşadırlar. Onun sənəti yüksəkdir”. 

AZSABAH.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi sosial şəbəkə əhlinin məşhurların atdığı addımlarına görə tənqid və təhqir etmələrini pisləyib: 

“Azərbaycanın gözəl insanları, bəsdirin, sənətkarları ortaya qoyub, qəlblərinə dəydiniz. Onlar sizin toylarınızda şənlik, müsbət enerji bəxş edirlər. Sosial şəbəkədə izləyicilər həkimindən tutmuş müğənniyə kimi hamını yıxıb sürüyürlər. Sizin nə ixtiyarınız var ki, bizim kimi sənətçilərin xətrinə dəyəsiniz? Onlar öz nəslindəkiləri analiz etsələr, görərlər ki, öz zibilləri hamıdan çoxdur. Hər kəs özünə cavabdehdir. Bəsdirin, ona-buna lağ etdiniz”.