Qıza söz atan kişiyə qadın paltarı geyindirib OYNATDILAR

14.12.2023 17:34
378
657b04b8ba68d202312233552

Qıza söz atan kişiyə həyatı boyunca unutmayacağı dərs verilib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Türkiyədə qadına dəfələrlə mesaj yollayıb onu bezdirən şəxsin qohumları Ahmet D. adlı şəxsi qeyri-adi üsulla cəzalandırıb.

Qadının təklifi ilə evə gedən Ahmet həyatının şokunu yaşayıb. Belə ki, onu evdə qadının qohumları qarşılayıb. Bu şəxslər Ahmeti soyundurub, ona qadın alt paltarları geyindirib, sonra da videoya çəkib sosial şəbəkələrdə paylaşıblar.