Qarabağdan DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: ŞƏHİD VƏ YARALI VAR

23.07.2023 00:11
6517
Herbcimiz
Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var.

AZSABAH.COM-a bununla bağlı Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular - baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli xəsarətlər alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.