Qarabağdan ACI XƏBƏR GƏLDİ: ÖLƏN VAR

24.10.2022 12:35
3875
Meyit

Füzuli rayonunda avtomobil aşıb, ölən var.

AZSABAH.COM-a bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 22-si saat 23 radələrində rayonun 1 saylı Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini İlqar Mahmudov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.