Paşinyandan İlham Əliyev və Ərdoğanla bağlı MÜHÜM AÇIQLAMA: Bu gün ELAN ETDİ

05.10.2022 18:13
4293
Pasinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirəcək. 

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Paşinyan bu gün Ermənistan parlamentinin iclasında məlumat verib.

O bildirib ki, İlham Əliyevlə görüş dördtərəfli formatda baş tutacaq:

“Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək. Görüş Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində baş tutacaq”.