Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI: Bu gün Qarabağda...

03.12.2022 18:57
5723
638b6441d8566202212225913

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.