TƏCİLİ: Müdafiə Nazirliyi ÇOX VACİB AÇIQLAMA YAYDI

15.09.2022 00:16
6706
Müdafiə nazirliyi
"Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur".

AZSABAH.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən qeyd edilib.