Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI: Ermənistan...

13.09.2022 09:15
3720
Müdafiə nazirliyi
"Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır".

AZSABAH.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.

"Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - məlumatda əlavə olunub.