Maşının nömrəsini gizlədən sürücü: 800 manatadək CƏRİMƏ

13.12.2023 00:03
484
6578bd7bb4a9e202312230723
Paytaxtda avtomobilinin dövlət nömrə nişanına müdaxilə edən sürücü görüntülənib.

AZSABAH.COM xəbər verir ki, mövcud qayda pozuntusuyla bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, “VAZ-2107” markalı avtomobilin qeydiyyat nişanındakı rəqəmlərdən biri örtüklə gizlədilib. Belə ki, kobud qayda pozan sürücü maşını 99-KE-0?0 şəklində idarə edir. 
Təəssüf ki, son zamanlarda avtomobilin qeydiyyat nişanına müxtəlif üsullarla müdaxilə edən sürücülərin sayında artım müşahidə olunur. Adətən törətdikləri qayda pozuntularından yayınmaq üçün bu üsulu seçən sürücülər kameralardan yayına bilməyəcəklərini və daha ağır cərimənin onlara tətbiq olunacağını unutmamalıdır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə 500 manatdan 800 manatadək cərimə tətbiq edilir. Ona görə də sürücülər bu cür hallardan çəkinməlidir.