Lerikdə evdə PARTLAYIŞ - Xəsarət alanlar VAR

18.12.2023 07:34
306
657fbdf7aa464202312233519
Lerikdə evdə maye qaz balonu partlayıb. 

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.