Krımda Rusiyaya ÖLDÜRÜCÜ ZƏRBƏ - Rus hərbi gəmiləri DARMADAĞIN EDİLDİ

29.10.2022 13:33
5496
635cf505610e7202210224021
Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.

Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.

Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.