Kəskin soyuqlarla bağlı MÜHÜM XƏBƏRDARLIQ - Umayra Tağıyeva ELAN ETDİ

28.11.2023 12:25
10256
Umayra
Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur.

AZSABAH.COM xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil. Bu ancaq fərziyyə ola bilər:

"Buna görə qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki biz görürük ki, gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq. Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində kəskin soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki havanın temperaturunun ciddi dərəcədə azalacağını gözləmirik".