İstilik sobasında PARTLAYIŞ : Xəsarət alan var

15.12.2023 07:17
303
657bc57b30d7e202312231819
Ağdaş şəhərində bədbəxt hadisə baş verib.

AZSABAH.COM Qafqazinfoya istinadən xəbər verir ki, hadisə şəhərin Türyançay qəsəbəsində olub.

Belə ki, fərdi yaşayış evində “İran sobası”nda partlayış baş verib.

Nəticədə 1983-cü il təvəllüdlü Əşrəf Firidun oğlu Məmmədov bütün bədənin termiki yanıq diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.