İranda DƏHŞƏT YAŞANIR: XEYLİ SAYDA YARALI VAR

28.10.2022 23:32
6980
İran
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində bu gün baş verən iğtişaşlarda çoxlu sayda vətəndaş və təhlükəsizlik qüvvələri yaralanıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası açıqlamasında bildirib.

Bildirilib ki, Zahidan məscidinin cümə imamının xəbərdarlıqlarına baxmayaraq, insanlar ətraf küçələrdə iğtişaş yaradıb. Naməlum şəxslər isə çoxlu sayda insanı güllələyib, vətəndaşlar, eləcə də təhlükəsizlik qüvvələrindən çox sayda insan yaralanıb.

Məlumatda ölənlər barədə məlumat verilməyib.

***

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılarla polis arasında qarşıdurma baş verib.

Məlumata görə, bu gün cümə namazından sonra Zahidan şəhərində etiraz aksiyası keçirilib.

Aksiyanı dağıtmaq üçün təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, bəzi qruplar Zahidanda cümə günü aksiyalar keçirməyə çağırış edib. Bu gün səhər saatlarından Zahidan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.