Hava şəraiti KƏSKİN DƏYİŞİR: 7 OKTYABRADƏK... - XƏBƏRDARLIQ

04.10.2022 15:47
4880
Hava
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 6-da şərq rayonlarında, 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.