Fazil Mustafanı güllələyənlər və təşkilatçılar GÖRÜN KİMLƏR İMİŞ - ŞOK FOTOLAR

03.04.2023 10:49
11091
64235856e13f1202303231254

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.

AZSABAH.COM Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.

Qeyd edilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib.

Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.

Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.

Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.