Fantastik hadisə: Öləndən sonra yenidən doğuldu - Qatilini tapdı - FOTOlar

03.11.2023 11:59
446
6544a85a8d534202311235922

Stanford Universitetinin mütəxəssisləri tərəfindən araşdırılan Titu hadisəsi reenkarnasiyanın ən mühüm hadisələrindən biridir.

AZSABAH.COM sfera.az-a istinadən təsadüf olma ehtimalı qeyri-mümkün olan Titu hadisəsini təqdim edir.
Hindistanlı uşaq Titu 2,5 yaşında olanda ailəsinə keçmiş həyatı və Aqradakı köhnə evi haqqında danışmağa başlayıb.
Xatırladığı şeylər arasında köhnə adının Suresh Verma olması və hətta Uma adlı qadınla evlilikdən iki uşaq atası olması da var.
Ailəsi hadisəni əvvəlcə ciddi qəbul etməsə də, bir gün Titu keçmiş həyatında güllələnərək çaya atıldığını deməsi vəziyyəti dəyişməyə başlayır.
Ailə qorxmağa başlayır və həqiqəti araşdırmaq üçün Titunun qardaşını Aqraya göndərir.
Qardaşı Aqraya gələndə Titunun dediklərini araşdırarkən görür ki, Titunun dediyi kimi, iki uşağı olan Uma adlı dul qadın "Suresh Radio" adlı mağazada işləyir.
Qardaşı Titunun dediklərini Umaya deyəndə Uma dərhal Titu ilə görüşmək istəyir. Titu Aqraya qaçır və hər iki uşağını qəribə şəkildə görən kimi tanıyır. Hətta radio dükanında kiçik dəyişikliklərin fərqinə varır.
Bu 2,5 yaşlı uşaq Umaya əvvəl getdikləri yarmarkadan danışır və evlərinin bağçasında basdırdıqları qızılları xatırladır.
Yarılma zamanı ekspertizanın nəticələri araşdırıldığında, onun əvvəlki həyatında güllənin başının sağ tərəfdən girib, sol tərəfindən çıxdığı görülür. Bundan sonra Titunun saçları canlı olaraq qırxılır.

Canlı yayımda məlum olur ki, güllənin çıxdığı hissədə 2 çapıq var. Hər şeyin Titunun dediklərinə tam uyğun olması bütün dünyanı şoka salır.
Titu daha sonra Aqra məhkəməsinə qətlin digər təfərrüatlarını danışır və prokurorları işi yenidən açmağa inandırır. Titunun verdiyi məlumatdan sonra Sureşin qatili tutulur və cinayətini etiraf edir.

AZSABAH.COM

Məqaləyə dair fotomateriallar: