Ermənilər bu istiqamətdə yenidən HÜCUMA KEÇDİ, ORDUMUZUN TEXNİKASI...

12.10.2022 15:26
4337
Ateskes
Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.