Ərdoğandan Azərbaycanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Xalqa MÜRACİƏT ETDİ

24.10.2022 21:09
5499
Erdogan
"Vətən müharibəsindən sonra biz Azərbaycanla münasibətlərimizi yeni səviyyəyə qaldırdıq".

AZSABAH.COM "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Ötən həftə Zəngilan hava limanının açılışında iştirakını xatırladan Türkiyə lideri bildirib:

"Biz Suşa bəyannaməsini sürətlə keçərək yeni dövrü formalaşdırdıq. Minaların təmizlənməsini yaxşılaşdırmaq üçün sürətli bir addım atmağa qərar verdik".