Ermənistanda DƏHŞƏT: ÖLƏNLƏR VAR

26.08.2022 10:42
5903
İrevan

Ermənistanın Lori vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, Vanadzor-Alaverdi yolunda “Man” markalı yük avtomobili “Mercedes” markalı minik maşını ilə toqquşub.

Toqquşmanın zərbəsindən minik avtomobili yolun kənarındakı beton arakəsməni dağıdaraq, Debed çayının sahilindəki dərəyə yuvarlanıb.

Qəza nəticəsində bir nəfər yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda, bir nəfər isə yerləşdirildiyi xəstəxanada ölüb.

Ölənlərin 18 yaşlı Nare Matevosyan, 15 yaşlı Milena Partikyan və 20 yaşlı Arqişti Manukyan olduğu açıqlanıb.

Yük avtomobilini isə 58 yaşlı David Omilaşvili idarə edirmiş.

Qəzanın səbəbləri araşdırılır.