Əhaliyə CİDDİ XƏBƏRDARLIQ edildi: HAZIR OLUN!

15.12.2023 06:51
347
657bbf842f1e8202312235252

Artıq havalar soyumağa başlayıb. Dünən axşamdan davam edən aramsız yağışın təsiri artıq paytaxtda özünü göstərir. Bildiyimiz kimi Azərbaycanda soyuq fəsillər o qədər də sərt keçmir. Lakin bir balaca qar, yağış yağan kimi fəsadlar ortaya çıxır. Halbuki xarici ölkələrdə insanlar daim sərt hava şəraitində normal həyat yaşayırlar.

Azərbaycanda bu cür fəsadların olmaması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? Şəhər infrastrukturunda hansı dəyişikliklər olmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Referans.az-a açıqlamasında bildirib ki, müxtəlif qurumların belə fövqəladə hadisələr üçün hazır tədbirlər planı olmalıdır.

“Ümumiyyətlə, baş verə biləcək, gözlənilən və gözlənilməz təhlükə risklərinə qarşı bütün təşkilatların, qurumların, özül müəssisələrin tədbirlər planı olmalıdır ki, bu cür hadisələrin qarşısının alınsın. Onlar artıq əvvəlcədən bu planda hadisədən əvvəl, hadisə zamanı, hadisə baş verdikdən sonra hansı tədbirlər görüləcəyi ilə bağlə və bir daha bu hadisənin baş verməməsi üçün edilən tədbirlər planı artıq hazır olmalıdır. Əlbəttə ki, Azərbaycanda qurumların çoxunda bu kimi tədbirlər planı var. Lakin belə hadisələrdən tam şəkildə sığortalanmaq mümkün deyil".

Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.


“Dünyanın bütün ölkələrində gözlənilən və gözlənilməz hadisələr baş verir. Bunlara təbiət hadisələri, təbii fəlakətlər, fövqəladə hadisələri, uçqunlar, çay daşmaları və s. aiddir. Belə hadisələrin qarşısını almaq dünyanın heç bir yerində mümkün deyil, yalnız qarşısını almaq məqsədilə tədbirlər görülə bilər. Maddi-texniki bazanı genişləndirməklə, müasir texnologiyaların, müasir vasitələrin tətbiqi ilə müəyyən qədər əvvəlcədən xəbərdar olmaq olar”.


Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.


Fidan Vəlisoy