Doğuş Xoşqədəmə bu qadınla xəyanət edib - Bir gün Doğuş evimə gəldi...

03.11.2023 12:04
793
6544a9b7ccba1202311230511

Esra Çömelek adlı qadının Türkiyədə efirə çıxaraq müğənni Doğuşla bir müddət münasibət qurduqlarını və dini nikahda olduqlarını iddia etməsi gündəmi silkələdi. Aparıcı Xoşqədəm Hidayətqızı ilə 9 ildir evli olan Doğuşun bu addımı hər kəsi təəccübləndirdi. 

Hadisələrin fonunda gündəmə gələn suallar daha çox Esra Çömelekin kim və nəçi olduğu və neçə yaşında və haralı olduğu ilə bağlıdır.

AZSABAH.COM yenisabah.az-a istinadən Esra Çömelek və Doğuş haqqında məlumatları təqdim edir:

Doğuşla bir-birlərini çox sevdiyini iddia edən Çömelek müğənninin Xoşqədəmlə yola getmədiyini deyib:

"Doğuşla 2020-ci ildə tanış olmuşduq. Bir gün dostum, Doğuş və meneceri evimə gəldilər. Söhbət əsnasında həyat yoldaşından danışmağa başladı. "Mən onunla anlaşa bilmirəm, xoşbəxt deyiləm. Getmək istəyirəm, amma bacarmıram" dedi. O, övladlarını çox sevən atadır. Mənə dedi ki, niyə indiyə kimi qarşıma çıxmadın, mən səninlə evlənərdim. Sonra sevgili olduq və 3 ay birlikdə olduq. Bir dəfə arvadı ilə mübahisə etdi və əşyalarını da götürüb yanıma gəldi. 

Ad günümü birlikdə qeyd etdik. Doğuş mənə "həyat yoldaşım" deyirdi. Biz bir-birimizə aşiq olduq. Həmişə mənə deyirdi ki, boşanacaq". 

Esra Çömelek gündəlik həyatında tekstil biznesi ilə məşğul olan iş qadınıdır. O, 55 yaşında olsa da, bir sıra estetik proseduralar keçirərək özünü hər zaman gənc göstərməyə çalışıb. İstanbulda doğulan qadın hazırda da həmin şəhərdə yaşayır. 

Bir müddət əvvəl Türkiyədə sosial verilişlərdən birinə qatılan E.Çömelek keçmiş sevgilisi, fenomen Mahirin ona qarşı dələduzluq etdiyini iddia etmişdi. 

Esra Çömelek 2021-ci ildə yaxın dostu vasitəsilə tanış olduğunu dediyi bu şəxsə görə 15 milyon lirə itirdiyini bildirib. Çömelek Mahirə 3,5 milyon TL dəyərində lüks avtomobil aldığını da bildirib. Hazırda onların arasındakı məhkəmə prosesi davam edir. 

Esra Çömelekin Xoşqədəm Hidayətqızı ilə bənzərliyi də diqqətdən yayınmayıb. 

Qadın Doğuşla dini nikahını sübut edən sənədi də canlı yayımda göstərib. 

AZSABAH.COM