Danışıqlar başa çatdı: Ukrayna Rusiyaya ŞOK TƏLƏB İRƏLİ SÜRDÜ - ƏGƏR...

28.02.2022 18:10
456
photo_65112769

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

***

"Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarılmasını tələb edir”.

AZSABAH.COM bər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

Paytaxt Kiyevdə Ukrayna Ordusu üstünlük əldə edib. Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14:00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zərərsizləşdirilib. İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç qeyd edib yazıb.

***

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Ukrayna nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər idarələrin nümayəndələri daxildir. Heyətə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.