Daha bir güclü ZƏLZƏLƏ OLDU!

17.12.2023 15:49
385
657ee0d51977d202312235149
Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi - Red) 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

AZSABAH.COM Report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 7,4 min nəfərin yaşadığı Tadine kəndindən 133 km şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.