Bakıdakı məşhur təhsil kompleksində müəllim DÖYÜLDÜ - HƏBS OLUNAN VAR

18.12.2023 14:16
322
65801ca78cf89202312231919
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində müəllimi döyən şəxsə hökm oxunub. 

AZSABAH.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə həmin məktəbin 7-ci sinif şagirdi Elməddinin müəllim tərəfindən təhqir edilməsinə görə baş verib. 

Təqsirləndirilən şəxs, 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ələsgər Cavadov (şərti soyad) iddia edib ki, mübahisəyə səbəb məktəbin fiziki tərbiyyə müəllimi Fikrətin onun əmisi nəvəsi Elməddini məktəbin sanitar qovşağında təhqir etməsi olub: "Elməddin mənə ağlaya-ağlaya zəng edərək bildirdi ki, fasilə zamanı sinif yoldaşları ilə birlikdə təhsil kompleksinin liftindən istifadə edərək 5-ci mərtəbəyə qalxıb. Həmin vaxt Fikrət müəllim onların liftdən istifadə etdiyini görüb, arxalarınca gəlib. Elməddin və sinif yoldaşları Fikrət müəllimdən yayınmaq üçün sanitar qovşağa daxil olublar. Fikrət müəllim də onların arxasınca sanitar qovşağa daxil olub. Uşaqlar onu görüb sanitar qovşaqdan çıxmaq istədikdə müəllim onlara mane olaraq, qarşılarını kəsib və sanitar qovşaqdan çıxmalarına icazə verməyib. Uşaqlar sanitar qovşaqdan çıxmağa cəhd etdikdə Fikrət müəllim onlara "kişisinizsə qaçmayın", "kişiliyiniz olsun" və s. bu kimi sözlər deyib, sanitar qovşaqdan çıxmalarına mane olub. Həmin vaxt Fikrət müəllim Elməddini zərbə ilə sanitar qovşağının divarına çırpıb. Elməddin özünü təhqir olunmuş hesab edərək ağlamağa başlayıb, Fikrət müəllim isə onun əynindəki jaketi dartışdıraraq, "kişi ol, ağlama!" deyib”.