AZSABAH.COM Qaynarinfo-nun məlumatına istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən "Su Pərisi" ailəvi istirahət kompleksində baş verib.
Saday müğənniyə məxsus "ŞHURE" markalı mikrofonun dəmir pultunu (modernini) götürüb və onun sifət nahiyəsinə vurub. Nəticədə Rövşənin burnu sınıb. Burnundan qan açılan müğənni Sabunçu rayon xəstəxanasına aparılıb.
Hadisəyə görə 1983-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş Saday adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs sözügedən maddələrlə təqsirli bilinib və 2 il 6 ay şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilib.