Bakıda DƏHŞƏTLİ HADİSƏ: 18 YAŞLI QIZ...

11.10.2022 09:55
5172
Meyit

Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 18 yaşlı qız dünyasını dəyişib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Heydərova Fidan Rüfət qızı yaşadığı binanın 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanında paltar asarkən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.